Həvəsləndirmə tədbirlərinin ideyasının və həyata keçirilmə mexanizminin hazırlanması
Bu mərhələdə həvəsləndirmə tədbirləri kompleksinə hansı işlərin daxil olacağı, bu işlərin hansı ardıcıllıqla həyata keçiriləcəyi və nə zaman başlayıb nə zaman yekunlaşacağı müəyyən olunur. Həvəsləndirmə tədbirlərinə uduşlu kuponlarla, həyata keçirilən kampaniyalar, güzəştli və ya hədiyyəli kampaniyalar, daddırma kampaniyaları və s daxildir.
Həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi
Bu mərhələdə həvəsləndirmə tədbirlərinin müəyyən olunmuş vaxtda və yerdə, müəyyən olunmuş ardıcıllıqla həyata keçirilməsi, işlərin icrasına nəzarət olunması baş verir.