Adqoyma
Hər bir brend ilk növbədə öz adıyla tanınır. Ad brendin ən tez yadda qalan və ən çox işlənən elementidir. Bu səbəbdən də uğurlu və yaddaqalan ad brend üçün çox vacibdir. Bütün bunlara görə adqoymaya çox diqqətlə yanaşılması zəruridir.
Reklam ideyasının (sloqan) hazırlanması
Reklam ideyası, başqa sözlə desək sloqan da brend üçün az qala ad qədər vacibdir. Sloqana sadəcə xoş təsir bağışlayan cümlə və ya ifadə kimi yanaşmaq düzgün deyildir. Çünki sloqan brend üçün bir çox funksiyaları yerinə yetirir:
Sloqan brendin sifətidir – o, brendin necəliyini, nəyə qadir olduğunu göstərir.
Sloqan brendə qarşı maraq yaradır – insanları brendə yaxşı münasibət bəsləməyə sövq edir.
Sloqan brendi xüsusi formada təqdim edir – sözün qüdrətindən istiofadə etməklə sloqan brendi insanların qulaqları, gözləri və düşüncələri üçün doğma edir.
Korporativ üslubun hazırlanması (loqo, şrift, rəng çalarları, rəng uyğunluğu, vizit kartları, blank, zərf (vertikal, horiontal), qovluq və bütün bunların standartlaşdırılması)
Ad və sloqandan sonra brendin malik olmalı olduğu digər vacib element korporativ üslubdur. O, brendin loqosunu, şriftini, rəng çalarlarını və bu rənglərin müxtəlif korporativ üslub daşıyıcılarında istifadə qaydalarını özündə əks etdirir. Korporativ üslub daşıyıcılarına müəyyən standartlara cavab verən vizit kartları, blanklar, zərflər, qovluqlar, ajandalar, aksessuarlar (saatlar, qələmlər, fincanlar və s.) daxildir.
Reklam strategiyasının hazırlanması
Reklam strategiyası dedikdə firmanın həyata keçirəcəyi bütün reklam tədbirlərinin məqsədyönlü şəkildə, müəyyən ardıcıllıqla işlənib hazırlanmış və konkret məqsədlərə hesablanmış toplusu başa düşülür. Əgər düzgün reklam strategiyası qurulmuşdursa həyata keçirilən reklam tədbirləri dəfələrlə daha artıq effekt verəcəkdir.
Televiziya və radio üçün reklam ssenarisinin yazılması
Reklam filmlərinin və radiospotların istehsalı
Animatik reklam çarxlarının hazırlanması
Flaş animasiyaların hazırlanması
Dizayn işləri
Brendinq (adasılqanların, eksteryerin, nəqliyyat vasitələrinin və s. dizayn tərtibatı)