Bazar araşdırmaları
Marketinqin ən vacib alətlərindən biridir. Məhz bazar araşdırmalarının nəticəsində şirkətlər özlərinin bazardakı mövqelərini, məhsul və xidmətlərinin satışındakı xoşagəlməz halların səbəblərini öyrənə bilir, bazardakı boşluqları müəyyənləşdirməklə düzgün strategiya yürüdə bilirlər.
Sorğuların təşkili, aparılması və təhlili
Əslində bazar araşdırmalarının ən vacib alətlərindən sayılan sorğular istehlakçıların arzu və istəklərinin öyrənilməsi, bu arzu və istəklərə uyğun məhsul istehsal olunması yolunda ən vacib vasitədir. İnsanların arzu və istəklərinə uyğun istehsal olunan məhsullar isə özü-özünü satacaq, istehsalçıya daha aşağı xərclərlə başa gələcəkdir.
Merçendayzinq işinin təşkili ilə bağlı treninqlərin aparılması
Merçendayzinq – mahiyyət etibarilə məhsulların tanıdılması vasitəsidir. Lakin bu tanıtma nə KİV-də, nə də küçədə aparılan tanıtım deyildir. Bu birbaşa satış yerində həyata keçirilən tədbirlər toplusudur. Bura ilk növbədə malların sərgilənməsi daxildir. Malların vitrinlərdə düzülüşü texnologiyası, qiymət kağızlarından uğurla istifadə, POS materialların səmərəli istifadəsi kimi məsələlər merçendayzinqin özəyini təşkil etməklə alıcılara da ciddi təsir edir və onları dərhal alış etməyə sövq edir.
Bölgü sisteminin işlənib hazırlanması
Firmanın bazar uğurunda düzgün qurulmuş bölgü sisteminin də əvəzedilməz rolu vardır. Məhz düzgün qurulmuş bölgü sistemi sayəsində məhsulların topdan və pərakəndə satıcılara, habelə son istehlakçılara vaxtında və bir qərarda çatdırılmasına nail olunur. Belə bir sistem şirkətə xərcləri ixtisar etmək imkanı da verir.
Satış strategiyasının işlənib hazırlanması
Firmanın cari vəziyyətinin qiymətləndirilməsi və firma üçün arzuolunan perspektivin müəyyən olunması, rəqiblərin qiymətləndirilməsi, bazardakı hədəflərin və firmanın məqsədinin müəyyənləşdirilməsi, satış ideyasının hazırlanması kimi məsələlər firmanın satış strategiyasının işlənib hazırlanmasına daxildir.